“Qarabağ” – “Neftçi” – 8:6
31.08.2012 - 16:18
“Qarabağ” – “Neftçi” – 8:6
“Neftçi”nin Avropa Liqasının IV təsnifat mərhələsini keçməsi Azərbaycan təmsilçilərinin avrokuboklarda arxada qoyduğu 21-ci sədd oldu. Apasport.az saytının məlumatına görə, indiyədək 20 dəfə mərhələ adlamaq sevinci yaşayan azarkeşlərimiz təsnifat mərhələlərində 7 klubun sayəsində gülüb.

Cari mövsümdə Çempionlar Liqasında Gürcüstan “Zestafoni”sindən də güclü olmuş “Neftçi” bu dəfə Kipr APOEL-ini zərərsizləşdirdi. Bu, bakılıların 6-cı uğurudu.

1994-cü ildə qitə səhnəsində debüt edən ölkəmizin 7 klubu arasında 2-ci olan “Nefçi”nin özü yalnız “Qarabağ”dan geri qalır. Ağdamlılar 8 dəfə rəqibini 2 oyunun cəmində üstələyib.

Azərbaycan klublarının avrokuboklarda keçdiyi mərhələlərin sayı

8 - “Qarabağ” – 1 (1999/2000), 2 (2009/10), 3 (2010/11), 2 (2011/12)
6 - “Neftçi” – 1 (2004/05), 1 (2005/06), 2 (2008/09), 2 (2012/13 - 2)
3 - “İnter” – 1 (2004/05), 1 (2008/09), 1 (2012/13)
1 - “Şəmkir” – 1 (2000/01)
1- “Karvan” – 1 (2006/07)
1 - “Bakı” – 1 (2009/10)
1 - “Xəzər Lənkəran” - 1 (2012/13)