“Qarabağ”ın tapıntısı millidən uzaqlaşdırıldı
31.08.2012 - 16:53
“Qarabağ”ın tapıntısı millidən uzaqlaşdırıldı
Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqtsun Bakıda keçirilən təlim-məşq toplanışına dəvət etdiyi Bədavi Hüseynov bu gündən etibarən U-21 yığmasının düşərgəsinə yollanıb.

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da keçiriləcək Azərbaycan - İngiltərə oyunundan sonra Hüseynov yenidən millinin heyətinə qoşulacaq.

Qeyd edək ki, Bədavi bir gün öncə “Qarabağ”la 3 illik müqavilə imzalayıb.

Mənbə: affa.az