“Neftçi” Avropa Liqasına səfərdə başlayacaq
31.08.2012 - 16:58
“Neftçi” Avropa Liqasına səfərdə başlayacaq
“Neftçi” Avropa Liqasının qrup mərhələsində debüt matçına səfərdə çıxacaq. Apasport.az saytının məlumatına görə, bu təşəbbüslə klub rəhbərliyi çıxış edib.

“Ağ-qaralar” birinci matçını Bakıda keçirmək istəməməsinin səbəbi sentyabrın 20-də paytaxtımızda 17 yaşadək qızlar arasında dünya çempionatının oyunlarının olmasıdır. Çünki mundialın baş tutacağı arenalardan biri - “Neftçi”nin də ev matçlarını təşkil edəcəyi Tofiq Bəhrəmov adına Respublika stadionudur.

Qeyd edək ki, “Neftçi” H qrupunda “İnter”, “Partizan” və “Rubin”lə mübarizə aparacaq.