German Zonin: “Rubin”in yeganə rəqibi “İnter”dir
31.08.2012 - 17:12
German Zonin: “Rubin”in yeganə rəqibi “İnter”dir
“Qurban Berdıyevin əla komandası var. Ehtiyat oyunçular skamyası da yaxşıdır. Bir sözlə, Avropa Liqasının qrup mərhələsini adlamağa hər hansı problem görmürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri vaxtilə SSRİ yığmasında məşqçi işləmiş German Zonin deyib.

Məşqçi kimi 1972-ci ildə Münhen Olimpiadasının bürünc mükafatçısı olan mütəxəssis Avropa Liqasının I qrupunu dəyərləndirib.

O, İtaliya “İnter”i, Rusiya “Rubin”i, Serbiya “Partizan”ı ilə mübarizə aparacaq Azərbaycan çempionu “Neftçi”nin qrupdan çıxacağına inanmır: “Əlbəttə ki, “Rubin”in qrupdan I yerlə çıxmasını istəyirəm. Bunun üçün yeganə rəqib “İnter”dir. Hərçənd “Partizan” və “Neftçi”nin indi necə oynadığından xəbərim yoxdur. Əvvəllər Azərbaycanda yaxşı komanda var idi. Amma indi bilmirəm. Buna baxmayaraq, əsas rəqibimiz “İnter”dir”.