“Neftçi” asan yeniləcək komanda deyil” - FOTO
31.08.2012 - 19:02
“Neftçi” asan yeniləcək komanda deyil” -  FOTO
“Hamı yaxşı komandalarla düşməyi istəyirdi. Qrup mərhələsində hər bir komandaya qarşı oynamaq, mübarizə aparmaq lazımdır. Bu mərhələyə adlamağımız özü tarixi hadisədir”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin məşqçisi Tərlan Əhmədov deyib.

Azərbaycan tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “ağ-qaralar”ın məşqçisi bu gün Monakoda baş tutan püşkü dəyərləndirib: “İnter”, “Rubin”, “Partizan” kimi komandaların Azərbaycana gəlməsi futbolumuzun inkişafıdır. Hər bir komandaya qarşı oynamaq olar. “Zestafoni” ilə oyundan sonra demişdim ki, son illərin ən yaxşı “Neftçi”sini görəcəksiz. Bu gün dediyim söz öz həqiqiliyini ortaya qoydu”.

Əhmədov bildirib ki, qrup mərhələsində təcrübələri yetərincə olmasa da, bu problem yaratmayacaq: “Ola bilər, təcrübəmiz çatmasın. Zəif rəqib yoxdur. “Neftçi” bu mərhələyə yüksəlmək üçün yol qət edib. Biz də sözümüzü demişik və bundan sonra da deyəcəyik. Yəni biz də asan yeniləcək komanda deyilik”.