“Neftçi” məğlub edə bilmədiyimiz rəqiblərə qarşı
31.08.2012 - 17:53
Azərbaycan klubları avrokuboklar tarixində ilk dəfə İtaliya təmsilçisi ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrupunda “İnter”lə (İtaliya) üz-üzə gələcək “Neftçi”yədək komandalarımız apeninlilərlə görüşməyiblər.
Paytaxt təmsilçisinin digər rəqibi “Rubin” də bizim üçün yeni ad olsa da, Rusiyanın başqa klubu ilə qarşılaşmışıq. Bu, 2003/04 mövsümündə baş verib. Həmin vaxt “Neftçi” Çempionlar Liqasında MOİK-lə bacarmayıb – 0:0, 0:2.
“Ağ-qaralar”ın sonuncu – III səbətdən çıxan rəqibi “Partizan”ın özü ilə də, təmsil etdiyi serbiyalılarla da görüşlərimiz olub. 1998/99 mövsümündə çempionlar Kubokunda “Srvena Zvezda” Bakıda “Neftçi”ni udan son klub kimi tarixə düşüb – 2:3, 0:1.
2008/09 mövsümündə isə 2 komandamız serbiyalılarla duelə çıxıb. Çempionlar Liqasında “İnter” “Partizan”a (1:1, 0:2), indi AZAL adlanan “Olimpik” isə “Voyvodina”ya (0:1, 1:1) uduzmuşdu. Bir sözlə 6 matç da cəmi 2 heç-heçə ilə təsəlli tapmışdıq.
Bir sözlə, İtaliya, Rusiya və Serbiya klubları ilə 8 oyunda komandalarımız hələ qələbə qazanmayıb.

0
0