“Rubin”in futbolçuları üçün qırmızı işıq
31.08.2012 - 18:18
“Rubin”in futbolçuları üçün qırmızı işıq
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya yığması heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Fabio Kapello güvənəcəyi 24 futbolçunu müəyyənləşdirib.

İtaliyalı mütəxəssis sentyabrın 7-də Şimali İrlandiya, 4 gün sonra İsraillə oyuna rusların aparıcı futbolçusu, “Arsenal”ın hücumçusu Andrey Arşavini çağırmayıb. Kapellonun siyahısında Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin rəqibi “Rubin”dən də heç kim yer almayıb. Buna baxmayaraq, o, əslən azərbaycanlı olan Aleksandr Səmədov qarşıdakı 2 matçda şans verməyi planlaşdırır.

Qapıçılar: İqor Akinfeyev (SSKA), Vladimir Qabulov (“Anji”), Anton Şunin (“Dinamo”)

Müdafiəçilər: Aleksandr Anyukov (“Zenit”), Aleksey Berezutski, Vasili Berezutski, Serqey İqnaşeviç, Georqi Şennikov (hamısı SSKA), Taras Burlak, Andrey Eşenko (hər ikisi “Lokomotiv”)

Yarımmüdafiəçilər: Diniyar Bilyaletdinov, Dmitri Kombarov (hər ikisi “Spartak”), Vladimir Bıstrov, İqor Denisov, Konstantin Zıryanov, Viktor Fayzulin, Roman Şirokov (hamısı “Zenit”), Alan Dzaqoyev (SSKA), Denis Qluşakov, Maqomed Ozdoyev, Aleksandr Səmədov (hamısı “Lokomotiv”)

Hücumçular: Artyom Dzyuba (“Spartak”), Aleksandr Kerjakov (“Zenit”), Aleksandr Kokorin (“Dinamo”).