“Neftçi”dən het-trik
31.08.2012 - 23:00
“Neftçi”dən het-trik
“Neftçi” Avropa Liqasının IV təsnifat mərhələsinin cavab oyununda Kipr təmsilçisi APOEL-i 3:1 hesabı ilə məğlub etməklə, 3 rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Azərbaycan təmsilçilərinin avrokuboklardakı çıxışlarının balansında 3 nailiyyəti yeniləyib.

12-ci qələbə. Avrokuboklarda bunadək “Qarabağ”la eyni sayda – 11 qələbə qazanan bakılılar mütləq rekord müəyyənləşdiriblər. Onlar əlavə vaxtın keçirildiyi matçların 90 deyil, 120 dəqiqəsinin nəticəsi nəzərə alınmaqla hamıdan çox qələbə qazanıb.

33-cü qol. APOEL-in qapısına vurulan 2-ci qol “Neftçi”nin avrokuboklarda 33-cü qolu oldu. Vobayın bu qolu 32 dəfə fərqlənən “Qarabağ”ı arxada qoymağa kifayət etdi. İndi isə “Neftçi”nin artıq 34 qolu var.

44 xal. 12 qələbə və 8 heç-heçəsi olan “Neftçi” qələbəyə 3 xal prinsipi ilə 44 xal yığıb və bununla, mütləq rekord müəyyənləşdirib. Bunadək “Neftçi” və “Qarabağ”ın 41 xalı var idi.