“Turan”ın futbolçusu həmyerlilərinə oyun satıb?
31.08.2012 - 20:00
Premyer Liqanın ilk turunda səfərdə “Kəpəz” üzərində qələbədən sonra keçirdiyi son 3 matçın hamısında uduzan “Turan” islahatlara davam edir. Apasport.az saytının xəbərinə görə, Tovuz təmsilçisi 3 futbolçu ilə yollarını ayırıb ki, onlardan biri legionerdir.
Baş məşqçi Əsgər Abdullayev İsgəndər Hüseynov və Bayram Kərimovun xidmətindən imtina edib. O, üçüncü tur öncəsi komandaya dəvət etdiyi gürcüstanlı Aleksandr Qoqoberişvilini də komandadan kənarlaşdırıb.
Belə ki, ötən mövsüm də Abdullayevin rəhbərliyi altında “Turan”ın formasını geyinən yarımmüdafiəçinin xidmətinə fasilədə ehtiyac duyulmayıb.
Amma baş məşqçinin israrı ilə klub rəhbərliyi gürcü futbolçunun dönüşünə “yaşıl işıq” yandırıb.
Lakin həm Zaqatalada “Simurq”la, həm də Tovuzda “İnter”lə oyunlarda Qoqoberişvili imkanlarından aşağı səviyyədə çıxış edib. Nəticədə rəhbərlik onun göndərilməsini tələb edib. Üstəlik, son iki oyunda məğlubiyyətdə əsas sima kimi onun adı hallandırılır.
Bilmək olmaz, “Simurq” və “İnter”in baş məşqçiləri - Georgi Çixradze və Kaxaber Sxadadzenin də gürcüstanlı olması müəyyən söz-söhbətlərə səbəb olub.

0
0