Rəşad Sadiqov: Bizim üçün ən münasib rəqib “Partizan”dır
01.09.2012 - 12:43
Rəşad Sadiqov: Bizim üçün ən münasib rəqib “Partizan”dır
“Biz qrup mərhələsinə yüksəlməklə kifayətlənmək istəmirik. Düzdür, bu mərhələyə yüksəlmək böyük uğurdur”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin kapitanı Rəşad Sadiqov deyib.

Avropa Liqasının püşkatmasını şərh edən Sadiqov bildirib ki, H qrupunda “İnter” (İtaliya), “Partizan” (Serbiya) və “Rubin” (Rusiya) klubları ilə ciddi rəqiblərdir: “Əslində, püşkatmadan öncə əmin idim ki, biz “İnter”lə bir qrupa düşəcəyik. Bu gün bizim üçün ən münasib rəqib kimi “Partizan”ı göstərmək olar. Ancaq onlar da Serbiya çempionlarıdırlar. “Rubin”ə gəlincə, bu komanda çox güclüdür. Rusların əla baş məşqçiləri var və o, uzun müddətdir Kazan təmsilçisini çalışdırır. Çox maraqlı oyunlar olacaq”.