“Rubin” “Neftçi”yə qalib gəlməyə borcludur”
01.09.2012 - 12:54
“Rubin” “Neftçi”yə qalib gəlməyə borcludur”
Moskva “Spartak”ının sabiq prezidenti Andrey Çerviçenko “Rubin”nin Avropa Liqasında düşdüyü H qrupu haqda fikirlərini açıqlayıb. Apasport.az saytını məlumatına görə, Çerviçenko bildirib ki, həmyerliləri “Neftçi”ni mütləq məğlub etməlidirlər: “Rubin” elə komandadır ki, “İnter”ə qarşı güclü müqavimət göstərib, uduzmaya bilər. “Neftci”yə gəlincə, kazanlılar bu komandaya qalib gəlməyə borcludurlar. Amma “Partizan”a qarşı çox çətin olacaq. Xüsusilə səfərdə. Düşünürəm ki, “Rubin” bu qrupdan çıxmalıdır. Amma qrup birincisi olmaları real deyil”.