Sergey Davıdov: “Neftçi”nin oyununa bələdəm
01.09.2012 - 13:52
Sergey Davıdov: “Neftçi”nin oyununa bələdəm
“Hamı bizim çox zəif qrupa düşdüyümüzü deyir. Amma bununla razılaşa bilmərəm”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Rubin” klubunun futbolçusu Sergey Davıdov deyib.

Kazan təmsilçisinin hücumçusu Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaqları “Neftçi”, Serbiyanın “Partizan” və İtaliyanın “İnter” klublarını dəyərləndirib: “Düzdür, 4 klubun gücünün fərqində müəyyən fərqlər var. “İnter” sözsüz ki, əsas favoritdir. Onlar çoxlu titulları olan böyük klubdur. Mən “Partizan” barəsində də eşitmişəm. Onlar mütəmadi olaraq, avrokuboklarda iştirak edirlər. “Neftçi”nin oyununa bələdəm, onların çox yaxşı komandaları var. Bir sözlə, püşklə razıyam. Biz bunun nəticəsinə təsir edə bilməzdik”