Maykon Bakıya gəlmək istəmədi
01.09.2012 - 13:59
“Neftçi”nin Avropa Liqasında rəqibi olan “İnter” klubunun heyətindəki ulduzların sayı azalıb. Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi Maykon İngiltərənin “Mançester Siti” komandasına keçib.
“Çox xoşbəxtəm ki, “Mançester Siti” kimi kluba gəlmişəm. “Etixad Stadium”da ayaq basacağım günü səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, azarkeşlər məni çox isti qarşılayacaqlar və biz birlikdə böyük uğurlara imza atacağıq” – deyə, Maykon deyib.
Qeyd edək ki, Maykon İngiltərəyə yollanan qapıçı Julio Sezarın ardınca yay fasiləsində “İnter”i tərk edən ikinci braziliyalıdır.

0
0