“Sanki olimpiya çempionuyuq”
01.09.2012 - 14:16
Azərbaycanı Avroliqanın qrup mərhələsində təmsil edəcək “Neftçi” klubunun kapitanı Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi
- Son illərdə daim avrokuboklarda uğurlu çıxışın iştirakçısı olmusunuz. Əvvəlcə “Neftçi” ilə İntertoto kubokunda, sonra “Qarabağ”la Avroliqada. Qələbələrə öyrəşən Rəşad Sadiqov hazırkı uğuru necə fərqləndirir?
- Fərq burdakı qələbənin daha da gözəl, şirin olmağıdır. Çünki APOEL-i səfərdə məğlub etməyimiz bizi qrup mərhələsinə gətirdi. 2 dəfə “Qarabağ”la Avroliqanın qrup mərhələsinin astanasında olsaq da, qapıdan içəri girə bilmirdik. Bu il Çempionlar Liqasında İsrailin “Hapoel” klubu ilə oyunda istəyimiz alınmadı. Ancaq Allaha şükür ki, bu dəfə arzumuza çatdıq və Avroliqanın qrup mərhələsinə düşdüyümüzə görə çox sevinirəm.
- Belə bir komandanın kapitanı olmaqla tarixə düşməyiniz sizi ikiqat sevindirməlidir...
- Doğrudan da, adam hər düşündükcə, bu amili fikirləşir. Komanda ilə fəxr edir ki, bu cür nəticəyə imza atmışıq. Sevinirəm ki, kapitanı olduğum komandanı qrup mərhələsinə daşıdıq. Qələbədə hər kəsin payı var.
- Matçın ilk dəqiqələrində rəqib qapıçı ilə mübahisəniz düşdü. Həmin epizodda nə baş vermişdi?
- Futbolun gözəlliyi də odur ki, meydanda sərt, mübarizəli və mübahisəli oyun olur. Bir də görürsən ki, belə oyunlarda emosiyaları cilovlamaq olmur və matçın gözəlliyinə rəng qatır. Yaxşı ki, bundan sonra emosiyalarım pozulmadı və sadəcə, özümü sakitləşdirərək, oyunumu göstərməyə çalışdım.
- Görüşü nəyin hesabına qazandınız?
- Komandada inam çox böyük idi. Rəhbərlik, məşqçilər futbolçulara çox inam bəsləyirdi. Biz də meydana çıxanda, özümüzə güvənirdik. Bakıda gözəl oyundan sonra Kiprə yüksək əhval-ruhiyyədə gəlməyimiz inamımızı bir az da artırmışdı. Deyərdim ki, qələbədə bu amil böyük rol oynadı.
- Bakı aeroportundakı qarşılanma mərasimi futbolçuların əhvalını daha da yüksəltməlidir. Adətən idmançılarımız Olimpiadadan qayıdanda belə qarşılayırlar...
- İnanırdım ki, hava limanında bizi gözəl qarşılayacaqlar. Avrokuboklarda qrupa düşmək olimpiya çempionu olmaq kimi bir uğurdur. Hər halda, heç bir klubumuz düşmədiyindən, Azərbaycan bunu uzun illərdir gözləyirdi və ilk dəfə buna nail olduq. Bizdə kollektiv oyunlarda elə də güclü nailiyyət olmamışdı. Özüm də hiss edirəm ki, sanki Olimpiya çempionu olmuşuq.
- 2006-cı ildə ilk dəfə “Birlik kuboku”nu qazandığımız zamanı siz də “Neftçi”nin heyətində idiz. Bu 2 qələbəni necə müqayisə edərdiniz?
- Hər ikisini “Neftçi”də qazansam da, sadəcə, aralarında doğrudan çox fərq var. Orda postsovet məkanının çempionlarının turniridirsə, burada bütün Avropa klublarının yarışıdır. “Birlik kuboku”na çempionların ikinci heyətlərini göndərməyi kölgə salırdı. Ancaq burdakı uğur elədir ki, ötən mövsüm Çempionlar Liqasının ¼ finalına kimi irəliləyən APOEL kimi komanda üzərində qələbə qazanmaq nəticənin dəyərini daha da artırır.
- Kapitan kimi qrup mərhələsindən nə gözləyirsiniz və azarkeşlərə nə müraciət edərdiniz?
- Bütün azarkeşlərdən onu istərdim ki, hər oyunumuzda stadionu doldursunlar və bizə dəstəklərini əsirgəməsinlər. Çünki biz azarkeşlərə görə oynayırıq və istəyirik ki, uğurumuza hər kəs sevinsin. Qələbə qazansaq, məğlub olsaq belə, bizə sona kimi dəstək versinlər. Qrup mərhələsində bizə çox çətin olacaq. Orada heç bir zəif komanda yoxdur. Rəqiblər reytinqinə, ad-sanına görə bizdən üstün olsa da, özümüzü zəif saymırıq. Ola bilər ki, heç kim bizi saymasın və bunun nəticəsi olaraq APOEL kimi hər kəsi cəzalandırmağa qadirik. Yaxşı heyətimiz var. Çalışacağıq ki, qrup mərhələsində də layiqincə çıxış edək.
Mehman SÜLEYMANOV

0
0