UEFA-dan “Neftçi”yə cəza
01.09.2012 - 14:21
UEFA-dan “Neftçi”yə cəza
UEFA “Neftçi” klubunun futbolçusu Elvin Yunuszadəni cəzalandırıb. Apasport.az saytının xəbərinə görə, qitə futbol qurumunun İntizam Komitəsinin qərarına əsasən APOEL-lə qarşılaşmada birbaşa qırmızı vərəqə alan gənc futbolçu 1 oyunluq cəzalandırılıb.

Bu səbəbdən Yuniszadə sentyabrın 20-də “Partizan”la görüşü buraxacaq.

Bununla belə, "Neftçi"nin futbolçularına seçmə mərhələdə göstərilmiş sarı vərəqələr ləğv olunub.