“Simurq” “Lokomotiv”ə qalib gəldi
02.09.2012 - 10:42
“Simurq” Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünə çıxıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Zaqatala təmsilçisi Tiflisin “Lokomotiv” klubu ilə qarşılaşıb.
Oyun təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Paytaxt klubunun təlim-məşq bazasının stadionunda keçirilən matçda “sarı-qaralar”ın qollarını 80-cı dəqiqədə Asif Mirili, 8 dəqiqi sonra Rəşad Eyyubov vurub.
Qeyd edək ki, “Simurq” qonşu ölkədə bundan başqa daha 2 yoldaşlıq görüşündə gücünü sınayacaq. Ancaq hələ ki, rəqiblərin kim olacağı məlum deyil.

0
0