Yığmamızın futbolçusuna qadağa
05.09.2012 - 23:04
Yığmamızın futbolçusuna qadağa
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Cavid İmamverdiyev zədələnib. Apasport.az saytının xəbərinə görə, futbolçu şərəfini qoruduğu "Neftçi" klubunun heyətində APOEL-lə tarix yazdıqları görüşdən sonra yığmanın düşərgəsinə qoşulub. Amma o, millinin İngiltərə ilə bu gün baş tutacaq oyunu öncəsi xəsarət alıb. Bu səbəbdən Cavidin ingilislərə qarşı oyunda iştirak etməyəcəyi gözlənilir.