Mahir Şükürov İsrail yığması ilə oyunu buraxa bilər
06.09.2012 - 11:51
Mahir Şükürov İsrail yığması ilə oyunu buraxa bilər
“Milli komandamız sabah öz meydanında çıxış edəcək. Yığmamız Bakıda yaxşı oynayır. Arzu edirəm ki, səfərdə də evdəki kimi oynasınlar”. Apasport.az saytının xəbərinə görə, bunu millimizin baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı çalışdırıcı az öncə baş tutan mətbuat konfransında sabah İsrailə qarşı keçiriləcək oyun barədə fikirlərini açıqlayıb. O bildirib ki, “Neftçi”nin müdafiəçisi Mahir Şükürov bu qarşılaşmanı buraxa bilər: “Onun qızıdrıması var. Çox güman ki, İsraillə qarşılaşmanı buraxacaq. Cavid İmamverdiyevə gəlincə, son vaxtlar ”artırıb”. Hazırda 21 yaşadək yığmanın düşərgəsindədir. Onun bu gün İngiltərəyə qarşı matçda ilk dəqiqələrdən oynamağı daha yaxşıdı, nəinki gəlib burda ehtiyatda qalması”.