Bernard Lippert: Komanda haqda xoş sözlər deməliyəm
06.09.2012 - 21:18
Bernard Lippert: Komanda haqda xoş sözlər deməliyəm
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi İngiltərə millisinə məğlubiyyətdən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, almaniyalı çalışdırıcı komandamızın 0:2 hesabı ilə uduzmasına baxmayaraq, futbolçuların çıxışından razı qalıb: “Uduzmağımıza baxmayaraq, komanda haqda xoş sözlər deməliyəm. Rəqibin gücünü də nəzərə almalıyıq. Əlbəttə, nəticənin daha yaxşı olmasını arzulayardıq. Sona yaxın 2 əvəzetmə ilə hesabı bərabərləşdirmək istəyirdik. Mərhələnin son oyunu idi. 1 və ya 2 top fərqi ilə uduzmağın fərqi yoxdur”.