“Bakıda bu cür müqavimətlə üzləşəcəyimizi gözləmirdik”
07.09.2012 - 23:52
“Bakıda bu cür müqavimətlə üzləşəcəyimizi gözləmirdik”
“Çətin oyun oldu. Açığı, Bakıda bu cür müqavimətlə üzləşəcəyimizi gözləmirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında İsrail yığmasının futbolçusu Gil Naftali Vermot deyib.

DÇ-2014-ün seçmə mərhələsinə yığmamızla matçla start verən İsrail yığması Bakıda sürprizlə qarşılaşdı.

Belə ki, ölkəmizə qələbə qazanmaq üçün gələn rəqib məqsədinə nail ola bilməyib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda hesabı İsrail futbolçuları açsalar da, sonradan Ruslan Abışovun ifasında status-kvonu bərpa etmək mümkün oldu.

Qarşılaşmadan sonra məyus olduğunu gizlətməyən futbolçu artıq Rusiya haqda düşünməyə başladıqlarını vurğulayıb: “Çox məyusuq. Çünki məqsədimizə nail ola bilmədik. Artıq bu oyunu unudub, Rusiya ilə matç haqda düşünəcəyik. Həmin qarşılaşmada qələbə qazanmalıyıq”.