“İndiki heyətlə davam etsək, daha çox xal toplaya bilərik”
08.09.2012 - 11:07
”İsrail yığması çox ciddi rəqib idi. Futbolçularının əksəriyyəti xarici klublarda çıxış edir. Reytinqləri daha yüksək idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Cihan Özkara deyib.
Milliləşən türkiyəli legioner DÇ-2014-ün seçmə mərhələsinin İsraillə oyunundan (1:1) sonra jurnalistlərə açıqlamasında matç haqda fikirlərini bildirib: “Amma buna baxmayaraq çox yaxşı oynadıq, bir neçə qol epizodlarımız oldu. Heç–heçəyə baxmayaraq komanda yoldaşlarımı yaxşı oyun görə təbrik edirəm. İndiki heyətlə davam etsək daha çox xal toplaya bilərik. Baş məşqçi 2–ci hissədə məni meydana buraxdı. Qol vurmaq istəyirdim, amma heyf ki, alınmadı. Əlimdən gələni hər şeyi etdim ki, komandaya xeyir verim. Qol ötürməsi verdim, amma mənim oyunuma siz qiymət versəniz daha düzgün olar. Bəli, heç bir problem yoxdur. Komanda yoldaşlarım çox yaxşı insanlardırlar, heç bir sıxıntı olmadı. Portuqaliya ilə oyunda da futbol oynamağı bacardığımızı sübut edəcəyik. Sərfəli nəticə dalınca gedirik”.

0
0