Yossi Benayun hansı futbolçumuzu fərqləndirdi?
08.09.2012 - 23:07
Yossi Benayun hansı futbolçumuzu fərqləndirdi?
“Bakıya qələbə qazanmaq, seçmə mərhələyə uğurlu start vermək üçün gəlmişdik”. Bu sözləri apasport.az saytına açıqlamasında İsrail yığmasının oyunçusu Yossi Benayoun deyib.

Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində yığmamızla keçirilən oyunda heç-heçə edən İsrail millisi gözləmədiyi vəziyyətlə üzləşdi.

Oyundan sonra yığmamız haqda xoş sözlər sözyləyən “Liverpul”un və “Çelsi”nin sabiq üzvü buna bir qədər hazır olduqlarını da gizlətməyib: “Azərbaycan yığmasından bu oyunu gözləyirdik. Çünki oyunlarını təhlil etmişdik. Doğma meydanda daha yaxşı çıxış etdiklərini bilirdik”.

Millimizin heyətində komandamıza bir xal qazandıran qolun müəllifi olan Ruslan Abışovun çıxışını bəyəndiyini qeyd edək yarımmüdafiəçi oyuna sonradan qoşulmasına da aydınlıq gətirib: “Mən ilk dəqiqələrdən meydana çıxmağa hazır idim. Lakin heyəti baş məşqçi müəyyənləşdirir . Biz futbolçular da onun qərarlarına hörmətlə yanaşmalıyıq. Yəqin belə məsləhət bilib”.