Rihanna “Tofiq Bəhramov”da oxumayacaq
09.09.2012 - 23:01
Məşhur müğənni Rihannanın Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionundakı konserti baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin qonağı olacaq xanım adıçəkilən arenada keçiriləcək 1/4 final oyunundan əvvəl azarkeşlərə konsert verməli idi.
Lakin 1/4 final mərhələsi çərçivəsində, C qrupunun qalibi ilə D qrupunda ikinci yeri tutmuş komanda arasında oktyabrın 5-də keçiriləcək qarşılaşmasının stadionu dəyişdirilib. Oyun, əvvəlcədən nəzərdə tutulduğu kimi, Tofiq Bəhramov adına Respublika stadionunda deyil, 8-ci km stadionunda keçiriləcək.
Buna isə səbəb "Neftçi" klubunun Avropa Liqasının qrup mərhələsində oktyabrın 4-də, Tofiq Bəhramov adına Respublika stadionunda İtaliyanın "İnter" klubu ilə qarşılaşmasıdır. U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin qeyd olunan oyununda çıxış etməli olan müğənninin də “Tofiq Bəhramov”da oxuması bu yolla baş tutmayacaq.

0
0