Millimizin baş məşqçisi nəyə sevindi?
09.09.2012 - 23:40
Millimizin baş məşqçisi nəyə sevindi?
17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Rayt Türkiyə ilə yoxlama matçından sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, almaniyalı çalışdırıcı 2:0 hesablı qələbənin asan qazanılmadığını bildirib: “Əlbəttə, qələbə qazandığımız üçün çox sevinirik. Amma məni sevindirən digər məqam bu gün komandamın cəsarətli, özünə böyük inamla çıxış etməsi oldu. Qələbəni gərgin mübarizə nəticəsində qazandıq. Heç bir komponentdə rəqibimizdən zəif təsir bağışlamadıq. Bu qələbə dünya çempionatına yüksək əhval-ruhiyyə ilə başlamaq baxımından böyük əhəmiyyət daşıyır”.