İlk səfər
10.09.2012 - 09:54
Sabah DÇ-2014-ün seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası da növbəti matçına çıxacaq.
F qrupunda mübarizə aparan Berti Foqtsun yetirmələri seçmə mərhələdə 2-ci oyununu səfərdə keçirəcək. Yığmamız Avro-2012-nin iştirakçısı Portuqaliya ilə görüşəcək.
Yarışda ilk səfər oyununa çıxacaq komandamız Braqa şəhərinin qonağı olacaq. İlk matçında Lüksemburqu səfərdə çətinliklə məğlub edən (2:1) doğma azarkeşləri önündə daha inamlı təsir bağışlamağa çalışacaq. Yığmamız isə ilk məğlubiyyətini almamağa cəhd edəcək.
Bakıda İsraillə heç-heçə edən (1:1) Foqtsun komandası bu dəfə də uduzmamaqla startda növbəti xalını qazanmaq əzmindədir. Dünyanın ən yaxşı futbolçularından biri Kriştianu Ronaldo və yoldaşlarına qarşı oyuna köklənən millimiz növbəti 2 səfər oyunu öncəsi rəqib meydanlarından çəkinmədiyini sübut etməlidir.
00:15. PORTUQALİYA – AZƏRBAYCAN
Baş hakim: Şimon Marçinyak
Baş hakimin köməkçiləri: Pavel Sokolniçki, Radoslav Siejka
Dördüncü hakim: Robert Malek (hamısı Polşa)
Hakim-inspektor: Uilyam Smit Geates Younq (Şotlandiya)
Komissar: İsak Mikladal (Farer adaları)
Braqa. “Braqa Municipial Stadium”

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0