Azərbaycan futbolçuları 3-cü sırada
10.09.2012 - 11:14
Azərbaycan futbolçuları 3-cü sırada
Türkiyə mətbuatı ölkə çempionatının I liqasında iştirak ərizələri ilə bağlı statistik yazı hazırlayıb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız aşağı dəstədəki legionerlərin təmsil etdiyi ölkələrlə bağlı da araşdırma aparıb. Məlum olub ki, PTT 1-ci Liqada 24 ölkədən 43 əcnəbi çıxış edir.

Təmsilçilikdə ilk pillə Braziliyaya məxsusdur – 6 futbolçu. 5 nigeriyalının oynadığı liqada 4 Azərbaycan futbolçusu var ki, bu da 3-cü göstəricidir. Ölkəmizin oradakı təmsilçiləri “Adana dəmirspor”dakı Cavid Hüseynov, “Ərciyəsspor”dakı Cihan Özkara, “Dənizlispor”dakı Rail Mıəlikov və Əkrəm Engindir.

Cavidin komandası 5 legioner saxlamaqla bu göstəricidə 1-ci liqanın rekordçusudur. Təmsilçilərimizin oynadığı digər 2 komanda 4 əcnəbisi olan 3 klub arasındadır.