“Heç-heçə bizim üçün 3 xala bərabərdi”
10.09.2012 - 13:56
Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynovun apasport.az saytının Portuqaliyaya ezam olunan əməkdaşına müsahibəsi
- Formasını geyindiyiniz “Adanadəmirspor” klubunda işləriniz necə gedir?
- Komandamız hələlik 2 oyun keçirib və hər ikisini heç-heçə ilə başa vurub. Düzdü, qazanılan 2 xalı qənaətbəxş saymaq olmaz. Amma nəzərə alaq ki, həmin rəqiblərimiz güclü idilər, çempionluğa oynayan komandalardı.
- Azərbaycanda sizdən qol gözləsələr də, sarı vərəqə almaqla yadda qaldız. Hakim sizi niyə cəzalandırdı?
- Rəqib komanda bizim əks-hücumda yaxaladı. Mən də komandamızın xeyri üçün kobudluq elədim. Hücumun qarşısını almaq üçün sarı vərəqə aldım.
- Türkiyə və Azərbaycan futbolu arasında hansı fərqləri müşahidə etmisiz?
- Fərq bilirsiz nədədi? Stadionlarında, azarkeşlərdə, futbola baxışlarında. Son oyunumuzda bizi 15 minədək azarkeş durmadan dəstəklədi. Əsl futbol ab-havası yaratmışdılar.
- Milli komandamız İsraillə Bakıdakı oyunda heç-heçə etməklə, 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsinə 1 xalla başladı. Necə fikirləşirsiniz, həmin qarşılaşmada yığmamız 1 xal qazandı, yoxsa 2 xal itirdi?
- Oyunla bağlı onu deyim ki, komandamız yaxşı çıxış etdi. Əsasən də, fasilədən sonra qol epizodlarımız daha çox oldu. Fikrimcə, az olsa belə, biz İsrail millisindən üstün oynadıq. Bu səbəbdən də deyərdim ki, biz həmin qarşılaşmada 2 xal itirdik.
- Bəs ikinci qolu vurmağa nə çatmadı?
- Necə deyim... Məncə, bəxt amili. İsrailli qapıçı da çox çalışdı. O, Rahidin, Vaqifin gözlənilməz zərbələrini dəf etdi.
- Milli komandamız sabah daha güclü rəqiblə qarşılaşacaq. Portuqaliya ilə oyunda nəyə ümid etmək olar?
- Reallıqda Portuqaliya yığması bizdən güclüdü. Amma niyə də xal götürməyək? Futbolda hər bir nəticə mümkündü, sadəcə, özünə inanmaq lazımdı.
- Amma yığmamızın baş məşqçisi Berti Foqts mətbuat konfransında bildirdi ki, komandamız Portuqaliyaya qələbə üçün gəlməyib...
- Hər halda, heç-heçə də bizim yaxşıdı. Gəlin əyri oturub düz danışaq: heç-heçə bizim üçün 3 xala bərabərdi.
- Belə deyək, sabahkı oyunda qeydə alına biləcək heç-heçəni sensasiya saymaq olar?
- Niyə ki? Təki oyun heç-heçə başa çatsın. Amma bunu sensasiya kimi qələmə vermək olmaz.

0
0