Dünya çempionları Qafqazda
10.09.2012 - 17:00
Dünya çempionları Qafqazda
Sabah DÇ-2014-ün seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Avropa zonasında 24 görüş baş tutacaq.

Bəzi komandaların ilk oyununa çıxacağını nəzərə almasaq, baş tutacaq görüşlər 2-ci tur çərçivəsində olacaq. Azərbaycan milli komandasının Portuqaliyanın qonağı olduğu gündə qrupumuzda daha 2 oyun keçiriləcək.

F qrupunun digər favoriti Rusiya səfərdə İsraillə görüşəcək. Autsayderlərin görüşü isə Belfastda keçiriləcək. İlk turda uduzan Lüksemburq və Şimali İrlandiya milliləri sonuncuların meydanında qarşılaşacaq.

Azərbaycanda kifayət qədər azarkeşi olan qonşU Türkiyə yığması isə öz meydanında Estoniyanı qəbul edəcək. Seçmə mərhələyə məğlubiyyətlə başlayan “ay-ulduzlular” ilk xalını qazanmağa çalışacaq. Digər qonşumuz Gürcüstan isə son dünya və Avropa çempionu İspaniyanı qəbul edəcək. Qafqazın qonağı olan “qırmızılar” seçmə mərhələdə ilk matçına çıxacaq.

Günün ən maraqlı qarşılaşması isə İngiltərə və Ukrayna arasında olacaq. Son Avropa çempionatında eyni qrupda mübarizə aparan rəqiblər 3 ay sonra yenidən üz-üzə gələcək.

DÇ-2014-ün seçmə mərhələsi
Avropa zonası
11 sentyabr

A qrupu

23:30. Serbiya – Uels
23:45. Belçika – Xorvatiya
00:00. Şotlandiya – Makedoniya

B qrupu
23:45. Bolqarıstan – Ermənistan
23:45. İtaliya – Malta

C qrupu
23:30. İsveç - Qazaxıstan
23:35. Avstriya – Almaniya

D qrupu
22:30. Rumıniya - Andorra
23:00. Türkiyə - Estoniya
23:30. Macarıstan – Hollandiya

E qrupu
22:00. Kipr - İslandiya
22:00. Norveç - Sloveniya
23:30. İsveçrə - Albaniya

F qrupu
22:00. İsrail - Rusiya
23:45. Şimali İrlandiya – Lüksemburq
00:15. PORTUQALİYA - AZƏRBAYCAN

G qrupu
23:00. Bosniya və Herseqovina - Latviya
23:15. Slovakiya - Lixtenşteyn
23:45. Yunanıstan - Litva

H qrupu
23:30. San-Marino - Çernoqoriya
23:45. Polşa - Moldova
00:00. İngiltərə - Ukrayna

İ qrupu
22:30. Gürcüstan – İspaniya
00:00. Fransa - Belarus