“Azərreyl”in məşqçisi “Fənərbaxça”da
10.09.2012 - 18:00
Qadın voleybolçulardan ibarət “Fənərbaxça” klubunun yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, dünya çempionatında “Rabitə”nin rəqibi olan “sarı-lacivərdlilər”i “Azərreyl”in sabiq məşqçisi Kamil Söz çalışdıracaq.
O, Ze Robertonun gedişindən sonra boş qalan postu tutub. Azərbaycan yığmasının sabiq voleybolçusu Yelena Şabovtanın həyat yoldaşı Söz daha öncə burada köməkçi məşqçi vəzifəsini icra edirdi.
Qeyd edək ki, Kamil artıq 7 mövsümdür İstanbul klubunda çalışır. O, oraya yollanmazdan öncə isə “Azərreyl”də işləyib. Kamildən əlavə, “Fənərbaxça”da baş məşqçi postuna namizədlər siyahısında ötən mövsüm “Bakı”da işləyən Ancello Vercesinin də adı vardı.

- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0