İsrailə 7 biletə 14 namizəd
11.09.2012 - 08:36
İsrailə 7 biletə 14 namizəd
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bununla da pley-off mərhələsinin iştirakçıları müəyyənləşib.

İsraildə keçiriləcək final turnirinin 14 iddiaçısı 7 vəsiqə uğrunda mübarizə aparacaq. Pley-offa 10 qrup qalibi ilə yanaşı ən yaxşı nəticəyə malik 4 2-ci yerin sahibi yüksəlib. Bunlar Almaniya, İsveç, Çexiya, Serbiya, İspaniya, Rusiya, İtaliya, İngiltərə, Fransa, Hollandiya, İsveçrə, Danimarka, Norveç və Slovakiyadır.

Qeyd edək ki, final mərhələsi gələn il iyunun 5-dən 18-dək keçiriləcək.