“Rubin”in futbolçusu İspaniyaya gedir
11.09.2012 - 08:59
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Rusiya “Rubin”inin futbolçusu Obafemi Martinslə klubunun yolları ayrılıb. Apasport.az saytının məlumatına görə, avqustun ortalarında əsas komandadan kənarlaşdırılan nigeriyalı hücumçu özünə yeni klub tapıb. Obafemi bu yaxınlarda İspaniya təmsilçisi “Levante” ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Martins ötən mövsüm Premyer Liqada 8 oyuna 1 qol vurub.
Qeyd edək ki, Martins ötən mövsüm Premyer Liqada 8 oyuna 1 qol vurub.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0