Portuqaliya 20 ildən 1 ardıcıl 2 qələbə qazanır
11.09.2012 - 11:49
Azərbaycan milli komandası bu gün DÇ-2014-ün seçmə mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, pireneylilər ev oyununda qələbə qazanmaqla özləri üçün xoş ənənəyə davam etmək istəyir.
Belə ki, ilk oyunda Lüksemburqu 2:1 hesabı ilə yenən portuqaliyalılar dünya çempionatları tarixində 4-cü dəfə seçmə mərhələyə 2 qələbə ilə başlamaq arzusundadır. Portuqaliya yığması qalib gəlsə indiyədək DÇ-1966, DÇ-1986 və DÇ-2006-da bacardığı uğuru təkrarlayacaq. Rəqibimiz 20 ildə 1 dəfə imza atdığı uğuru yenidən təkrarlamağı qarşılarına məqsəd qoyub. Onlar bunun üçün millimizi udmağı planlaşdırır. Xoş ənənə ondan ibarətdir ki, Portuqaliya tsiklə 2 qələbə ilə başlayırsa mundiala vəsiqə qazanır.
Lakin 1 məsələ də var ki, Portuqaliya yığması qarşılaşmanın keçiriləcəyi “Braqa Municipial Stadium” qələbə qazana bilmir. Portuqaliya yığması bu arenada ilk matçını 2004-cü il martın 31-də keçirib. Həmin vaxt İtaliya yığması meydan sahibləri ilə yoldaşlıq oyununda 2:1 hesabı ilə qalib gəlib.
Uğursuz stadiona bir də 4 ildən sonra qayıdan Portuqaliya 2008-ci il oktyabrın 15-də o qədər də güclü olmayan Albaniya ilə qarşılaşıb. “Qarabağ”ın futbolçusu Admir Telinin hələ Azərbaycana gəlməmişdən Kriştianu Ronaldoya vurduğu məşhur dirsək zərbəsi ilə yada qalan qarşılaşma qolsuz bitmişdi. Braqadakı stadionda İtaliyaya 1:2 hesabı ilə uduzub Albaniyanı uda bilməyən (0:0) rəqibimiz stadionda 3-cü görüşünü Azərbaycan yığmasına qarşı keçirəcək.

- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0