Bayılda “Live your goals” festivalı
11.09.2012 - 12:02
Sentyabrın 17-də Bayıl stadionunda “Live your goals” festivalı keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir saat 18:00-da başlayacaq. Saat 17:30-da isə festivala həsr olunmuş mətbuat konfransı təşkil ediləcək.
Bu, qadın futbolunun təbliğatı məqsədilə baş tutacaq 6-cı “Live your goals” olacaq. Buna qədər ilk dəfə mart ayında AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirilmiş festival daha sonra apreldə Zaqatala Olimpiya İdman Kompleksində, iyun ayında Quba Olimpiya İdman Kompleksində, iyulda Şəki şəhər stadionunda, avqustda isə Masalı Olimpiya İdman Kompleksində təşkil edilmişdi.
Mənbə: affa.az

0
0