“Neftçi” “Partizan”a qarşı futbol oynamalıdır” - MÜSAHİBƏ
11.09.2012 - 14:55
“Neftçi” “Partizan”a qarşı futbol oynamalıdır” - MÜSAHİBƏ
“Qəbələ” və “Kəpəz” klublarının sabiq futbolçusu Milan Antiçin apasport.az saytına müsahibəsi

- Azərbaycanı tərk edəndən sonra neçə vaxtdır klubsuzsunuz. İndi nə edirsiniz?
- Hazırda vətənim Serbiyadayam. 1-ci liqa klublarından birinin düşərgəsində məşq edirəm. Bu komandanın adını açıqlamaq istəmirəm. Çünki bu, müvəqqətidir. Yeni kluba keçənədək orada hazırlıq keçəcəm ki, formamı itirməyim.

- Hansısa təkliflər varmı?
- Qətər və BƏƏ klublarından təkliflər almışam. Hazırda götür-qoy edirəm. Yaxın günlərdə yeni kluba keçə bilərəm.

- Yaxşı tanıdığınız 2 komanda – gözünüzün qarşısında 2 dəfə Azərbaycan çempionu olan “Neftçi” və vətəniniz Serbiyanı təmsil edən “Partizan” Avropa Liqasının qrup mərhələsində üz-üzə gələcək...
- Düşünürəm ki, bu, “Neftçi” üçün yaxşı oldu. Onların “Partizan”ı udmağa yaxşı şansları var.

- Sizcə “Neftçi” “Partizan”ı məğlub edə bilər?
- Əlbəttə ki, var. “Neftçi” qrupda 3-cü yer uğrunda mübarizə aparacaq. Bu ter uğrunda bakılıların rəqibi “Partizan”dır.

- İtaliya “İnter”i ilə Rusiya “Rubin”ini favorit saydığınız qrupda “Partizan”ı niyə hesaba almırsınız?
- Onlar hələ tam formaya düşməyiblər. Məncə “Neftçi” Belqraddakı oyuna yaxşı başlasa çox maraqlı qarşılaşmanın şahidi olacağıq. Mən də həmin görüşü stadiondan izləyəcəyəm.

- Gələn həftə “Neftçi”ni Belqradda nə gözləyir?
- Həmin oyunda 30 min tamaşaçı olacaq.

- Bir neçə ay əvvəl “Gabala Cup” turnirinə qatılan Serbiya U-15-i ilə birlikdə ölkəmizə gəlmişdiniz. Azərbaycanı yaxşı tanıdığınızı nəzərə alsaq “partizan”la da Bakıya səfər edəcəksiniz?
- Bəlkə də. “Partizan” tərəfi bunu istəsə mümkündür. Amma Belqraddakı oyunu 100 fazi stadiondan izləyəcəyəm

- “Partizan”ı necə dəyərləndirirsinbiz?
- “Partizan” gənc komandadır. Ən yaxşı futbolçuları da “Neftçi”yə qarşı oynamayacaq.

- Bunun səbəbi nədir?
- Ötən mövsüm 17 qol vuran Vukiç komandanı tərk edib. Daha doğrusu baş məşqçi onu qovub.

- Baş məşqçi problemli insandır ki?
- Bu mütəxəssisin fanatlarla da problemi var. Onu “Partizan” tərəfdarları heç sevmirlər.

- “Neftçi” Belqradda qələbə qazanmaq üçün nə etməlidir?
- “Neftçi” “Partizan”a qarşı futbol oynamalıdır. Bir də ki, rəqibindən qorxmamalıdır.