Portuqaliya yığmasının “7 nömrə”sinə ağır cəza
11.09.2012 - 15:15
Portuqaliya yığmasının “7 nömrə”sinə ağır cəza
Portuqaliya milli komandasının sabiq futbolçusu Joao Pintu cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, vergilərdən yayınmaqda ittiham olunan oyunçu Lissabon məhkəməsi tərəfindən 1 illik şərti həbs cəzası alıb. Bundan başqa o, 169629 avro cərimə də ödəyəcək.

Buna səbəb 2000-ci ildə “Sportinq”dən “Benfika”ya keçərkən Pintunun gəlirlərinin bir qismini gizlətməsi olub. Futbolçu ilə yanaşı 4,2 milyon avroluq transfer zamanı onunla əlbir olan “Sportinq” rəsmiləri də mühakimə olunub.

Qeyd edək ki, millidə 81 oyuna 23 qol vuran Pintu hər 2 göstəricidə Portuqaliya yığmasının tarixində 7-ci futbolçudur. Komandasının 7-cisi olan hücumçu qollarından ikisini Azərbaycan yığması ilə 1999-cu ildə Gimarayeşdə keçirilən oyunda vurmaqla 0:7 məğlubiyyətimizdə pay sahibi olub.