Əsgər Abdullayevin sələfi “Spartak”da
11.09.2012 - 16:00
Əsgər Abdullayevin sələfi “Spartak”da
Bakının AZAL klubunun sabiq baş məşqçisi Peter Kurçubiç özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 2005/06 mövsümünün gedişində o vaxt “Olimpik” adlanan komandanın “sükanı arxasına” gətirilən serbiyalı karyerasını vətənində davam etdirəcək. O, Superliqada çıxış edən Zlatibor “Spartak”ının baş məşqçisi təyin olunub.

Qeyd edək ki, 2006-cı ildə postunu Əsgər Abdullayevə verərək Azərbaycanı tərk edən Kurçubiç karyerası ərzində Serbiyanın “Mladost”, “Banat”, “Novi Sad”, “Radniçki”, “Voyvodina”, Makedoniyada “Pobeda”, Slovakiyada “Nitra”nı çalışdırıb. Onun son iş yeri “Hayduk” (Kula) olub.