“Sumqayıt”ın zədəliləri məşqə başladı
11.09.2012 - 16:25
Premyer Liqanın V turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq “Sumqayıt” məşqlərini “Dalğa Arena”da davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda itkisiz hazırlaşır.
2 gün öncə məşqlərdə zədələnmiş Ceyhun Sultanov və Ramil Həşimzadə fərdi məşqlərlə kifayətlənib. Emin Cəfərquliyev isə tam olaraq hazırlıqlarda iştirak edir.
“Sumqayıt”ın sabahkı hazırlığı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda olacaq. Komanda saat 11:00 və 17:00-da məşqə çıxacaq.
Qeyd edək ki, “İnter” – “Sumqayıt” matçı sentyabrın 15-də olacaq.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0