“Matçın taleyini erkən qollarla həll etməliyik”
11.09.2012 - 17:00
“Matçın taleyini erkən qollarla həll etməliyik”
“Biz Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik. Lakin bunu Lüksemburqdakı kimi deyil, daha rahat şəkildə gerçəkləşdirməliyik”. Apasport.az saytının məlumatına görə, Portuqaliya milli komandasının sabiq futbolçusu Joao Pintu deyib.

Hazırda federasiyada çalışan futbol veteranı DÇ-2014-ün seçmə mərhələsinin bu gün Azərbaycan yığması ilə keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb. Futbolçu karyerası ərzində gerçəkləşən transferindəki fırıldağa görə məhkəmə tərəfindən cəzalanan Pintu indi yalnız oyun barədə düşünür: “Mənim vicdanım təmizdir. Həmin məsələ ilə vəkilim məşğul olur. Mən isə yalnız millinin qarşılaşmasını düşünürəm. Azərbaycanla qarşılaşmada risk etmək istəmirik. Mümkün qədər erkən qollarla matçın taleyini həll etməliyik. Azərbaycan yığması yaradıcılıq baxımından Portuqaliyadan geri qalır. Lüksemburqla oyundan fərqli bu dəfə futbolçularımızın motivasiyası başqa cürdür. Çünki onlar qarşılarında kimin olduğunu bilirlər”.