Maksim Medvedev: Oyuna səylə hazırlaşsaq da, bu, bizim səviyyəmiz deyil
12.09.2012 - 11:48
“Çox çətin oyun alındı. Sonuncu dəqiqələrdə, 0:1 hesabı ilə geridə olduğumuz zaman yorulmuşduq. Amma biz necə səylə hazırlaşsaq da, bu, bizim səviyyəmiz deyil”. Apasport.az saytının Portuqaliyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Maksim Medvedev deyib.
Müdafiəçi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya yığmasına 0:3 hesablı məğlubiyyət barədə fikirlərini açıqlayıb: “Onlar bizi ilk dəqiqələrdən yormağa məcbur etdilər. Bütün oyun boyu müdafiə də “oturmaq” bir az narahat idi və topu çox az özümüzdə saxlayırdıq”.
Qeyd edək ki, portuqaliyalılar son 2 qolu 85 və 88-ci dəqiqələrdə vurublar.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0