“Qarşımda Ronaldo oynadığını hiss etmirdim”
12.09.2012 - 15:02
Azərbaycan millisinin futbolçusu Elnur Allahverdiyin apasport.az saytının Portuqaliyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Portuqaliya millisinə 0:3 hesablı məğlubiyyəti barədə fikirləriniz necədir?
- Çətin oyun oldu. Bilirdik ki, matç ağır keçəcək. Düzdür, uduzduq. Utanıram sizə də deməyə, amma onu bildirməliyəm ki, Portuqaliya yığması da çox güclü rəqibdir. Futbolçular çətinliyi dərk edirdilər. 85-ci dəqiqədən sonra 2 top buraxdıq. Məncə, bu qollar olmasaydı, böyükhesabla uduzmazdıq. Belə götürəndə deməzdim pisdir. Oyunun sonlarına yaxın yorulduq, çox çətin idi, qabaqda top qalmırdı. Biz müdafiəçilər topu alırdıq, amma yenə üstümüzə gəlirdi. Sonda yorğunluq özünü hiss etdirməyə başladı və 0:3 hesabı ilə uduzduq. Hesab daha böyük və ya 0:1 də ola bilərdi.
- Razısız ki, Portuqaliyanın 6-7 epizodda bəxti gətirmədi, daha çox qol vura bilərdilər...
- Əlbəttə, daha çox fərqlənmək imkanları vardı. Birinci hissədə onların çox şansları oldu, istifadə edə bilmədilər. Amma mənə ən pis təsir edən odur ki, son dəqiqələrdə 2 qol buraxdıq. Məncə, yorulduq və bunun nəticəsində konsentrasiyasını itirdik. Buna görə də rəqib ardıcıl fərqləndi. Sadəcə, buraxdığımız səhvlərə baxıb, onları düzəltmək lazımdır.
- Siz Kriştianu Ronaldo kimi futbolçuya qarşı oynadınız. Bu, həqiqətən də çox çətindir?
- Mən bilirdim ki, mənə çox ağır və vacib tapşırıq verilib. Əlbəttə, çətin idi. Amma inanırsınız, mənim üçün meydanda Ronaldo və ya bir başqasının olmasının heç bir fərqi yoxdur. Həqiqətən meydanda mənə elə gəlirdi ki, adi bir futbolçuya qarşı oynayıram. Mən qarşımda Ronaldo oynadığını heç hiss etmirdim. Amma məsuliyyətimi anlayırdım. Bilirdim ki, dünya ulduzuna qarşı oynayıram. Həmişə necə olubsa, eləcə də, çıxdım mübarizə apardım. Mənə elə gəlir ki, tapşırığın öhdəsindən tam da olmasa, gəldim. Əlimdən gələni, bütün bacarığımı ortaya qoydum. Buna nə dərəcədə nail olduğumu görüşə baxanlar qiymətləndirə bilərlər.
- Matçın gedişində Bruno Alveşlə mübahisəniz düşmüşdü. Bu nə ilə bağlı idi?
- O, hər mübarizədə tullanaraq, ya kimisi dizi ilə, ya da başı ilə vuraraq, zədələyirdi. Mən də ona və hakimə iradımı bildirdim. Bunun üçün də aramızda bir balaca mübahisə yarandı. Bu zaman Pepe də bizi aralamaq istədi və mən də bir az hirslənmişdim. Amma əsas iradım hakimə idi.
- Yəni oyunu idarə edən hakimlərin işindən tam razı qalmadız?
- Birinci hissə oyunu yaxşı idarə etdilər. Lakin növbəti 45 dəqiqədə belə olmadığı üçün onlardan razı qalmadım.
- Sizə elə gəlmir ki, Kamran Ağayev millidə bəlkə də ən yaxşı oyununu keçirdi. Hətta 3 qol buraxsa belə...
- Həqiqətən Kamran Portuqaliyaya qarşı çox gözəl oynadı. Tərif etməyi xoşlamasam da, Ağayevə həmişə onu belə görmək və səviyyəsini belə saxlamasını demək istərdim. Onun yığmaya həddən artıq xeyri dəydi. Birincisi öz adı, ikincisi Azərbaycan üçün etdi.
- Bəs çox gözəl oyanan qapıçının klubsuz qalmasına münasibətiniz necədir?
- Mən onunla “Xəzər Lənkəran”da bir neçə ildir ki, birgə oynayıram. Kamranın klubsuz qalması mənə də təsir edir. İstəməzdim ki, belə olsun. İnşallah, bu günlərə son qoyular və Allahın köməkliyi ilə “Xəzər Lənkəran”a qayıdar. O, bu günki oyunu ilə də sübut elədi ki, Lənkəran klubuna nə qədər lazımdır. Kamranın səviyyəsi yüksəkdir, hələ bundan da yaxşı dayana bilərdi. Məncə, klubsuz qalmaz və “Xəzər Lənkəran” rəhbərliyi onu komandaya qaytarar.
- Klubdan söz düşmüşkən, sizin Premyer Liqada “Neftçi” ilə oyun öncəsi cəzanız var və bununla bağlı apelyasiya şikayəti vermişdiz. Məsələ nə yerdədir və “İnter”lə oyundan sonra nə olmuşdu?
- Onu deyə bilərəm ki, mənim orada günahım yoxdur. Paltardəyişmə otağına girirdim və komanda yoldaşım Sadio Tounkaranı İlia Kandelaki ilə Baçana Sxadadze təhqir edirdi. Mən də klubun lideri kimi buna göz yumub keçə bilməzdim. Çünki elə bir insanam ki, bunu götürə bilməzdim. Araya girdim və dedim ki, nə istəyirsiz? Onlar da 2 nəfər Tounkaranı təhqir edirdilər və komanda yoldaşımdan soruşanda da bildirdi ki, bu milli zəmində olub. O, namaz qılan oğlandır. Mən də Sadionun tərəfini tutdum, hirsləndim. Sonra bir nəfər gəldi, deyəsən rəqibin prezidentinin sürücüsü idi.
- Onun məqsədi nə idi?
- Həmin şəxs mənə bildirdi ki, sən niyə söhbətə girişirsən? Mən də onun mülki geyimdə buraya gəlməsinə dözə bilmədim və onu ayaqla vurdum. Amma futbolçuya əl qaldırmamışam. Bəlkə kənardan biri gəlib mənə nəsə xəsarət yetirəcəkdi. Burada birincisi mən onları deyil, mühafizə xidmətini günahlandırıram. Buna görə də özümü və dostumu qoruyaraq, həmin şəxsi vurdum. Deyərdim ki, həqiqətən günahım yoxdur. Ardınca mənə 2 oyun cəza verdilər və “Neftçi” ilə matçı buraxacam. Oynamaq istəyirəm, heç olmasa bunu 1 matça endirəydilər. Müəyyən müddətdir klubun düşərgəsində olmadığımdan yekun barədə məlumatım yoxdur. İnşallah, 1-2 günə klubun düşərgəsinə gedəcəm və bu, orada bilinəcək.

0
0