Yığmamız “Lokomotiv”də oynamayacaq
12.09.2012 - 15:26
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskvada keçiriləcək Rusiya - Azərbaycan oyununun stadionu dəyişdirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, "Lokomotiv" stadionunda baş tutmayacaq. Görüş "Lujniki" stadionunda keçiriləcək. Rusiya Futbol İttifaqı bu dəyişikliyin səbəbi kimi "Lokomotiv" stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasını göstərib.
Qeyd edək ki, “Lokomotiv” stadionunda ötən ay yaşanan xoşagəlməz hadisələrə görə arenanın cəzalandırılması da gündəmdədir.
Mənbə: affa.az
Qeyd edək ki, “Lokomotiv” stadionunda ötən ay yaşanan xoşagəlməz hadisələrə görə arenanın cəzalandırılması da gündəmdədir.
Mənbə: affa.az
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0