3-ə 3
12.09.2012 - 17:01
Azərbaycan milli komandasının uğurlu seriyaları qırılıb. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin Braqadakı qarşılaşmasında Berti Foqtsun yetirmələrini 3 cavabsız qola keçən Portuqaliya yığması millimizin sevincinə son qoyub.
Bu il mayın 23-də Şizuokada Yaponiyaya 0:2 hesabı ilə uduzan millimiz 111 gündən sonra yenildi. Komandamız bu müddətdə 3 oyunda uduzmamışdı. 3 oyunluq seriya 3 qolla bitdi.
Ötən il oktyabrın 7-də Bakıda Avstriyaya 1:4 hesabı ilə məğlub olan yığmamız 340 gün idi ki, böyük hesabla uduzmurdu. 2012-ci ildə ilk belə üzüntüsünü yaşayan millimiz cəmi 9 oyun ardıcıl olaraq darmadağından qaçdı.
Millimizin səfərdəki sonuncu böyükhesablı yenilgisi də ötən il olub. Martın 29-da Brüsseldə belçikalılar 4:1 hesabı ilə qalib gəlmişdi. 532 gündən sonra Foqtsun yetirmələri yenə səfərdən başıaşağı qayıdır.
Komandamız DÇ-2010-nun seçmə mərhələsinin son 2, DÇ-2014-ün isə ilk oyununda uduzmamışdı. 2009-cu il sentyabrın 9-da Hannoverdə Almaniyadan 4 cavabsız qol buraxan yığmamız 1098 gündən sonra 3 oyunluq seriyasının qırılmasına üzüldü.

0
0