Okeana Bakıya gəlir
12.09.2012 - 17:30
Okeana Bakıya gəlir
FİFA U-17 qadınlararsı dünya çempionatı Azərbaycan 2012-yə həsr olunmuş Fan Zona azarkeşlərin tam əyləncəsi və rahatlığı üçün Dənizkənarı Milli Parkın ərazisində qurulmaqdadır. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Fan Zona 15 sentyabr - 13 oktyabr tarixlərində hər gün saat 12:00-dan 22:00-dək açıq olacaq və qonaqlarını müxtəlif oyunlar, lotoreya, çempionatın və sponsorların hədiyyələri ilə yanaşı bir çox başqa sürprizlərlə sevindirəcək.

Sentyabr 15-də - şənbə gününə təsadüf edən Fan Zonanın açılışında və eyni zamanda kubok turunun bağlanış mərasiminə həsr olunmuş möhtəşəm konsert proqramında dünya şöhrətli pop ulduz, Avro-2012-nin rəsmi mahnısının ifaçısı Okeana çıxış edəcək.

Okeana ilk dəfə dünya reytinqlərində hitə çevrilmiş “Cry Cry” mahnısı ilə məşhurluq qazanıb.

Qeyd edək ki, videonun müəllif haqları Ultra Records şirkətinə məxsusdur.