Nemanya Tomiç: Yaxşı ki, ilk turda “Neftçi” ilə oynayacağıq
13.09.2012 - 10:10
“Avropa Liqasında çox güclü rəqabət var. Bu səbəbdən proqnoz vermək çətindir. Ən yaxşısı sakit dayanmaq və mərhələləri addım-addım keçməkdi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Partizan” klubunun futbolçusu Nemanya Tomiç deyib.
O bildirib ki, ilk oyunu “Neftçi”yə qarşı keçirəcəklərinə görə sevinir: “İlk turda “İnter”lə qarşılaşmaq çox pis olardı. Yaxşı ki, birinci oyunda evdə “Neftçi”ni qəbul edəcəyik. Bu bizə əlavə üstünlük verir və Avroliqada uğurlu start götürmək şansımızı artırır. Əgər bakılılarla matçda istədiyimiz nəticəni əldə etsək, onda avrokuboklarda yaza kimi qalmaq şansımız yüksələcək”.
Qeyd edək ki, “Partizan” – “Neftçi” matçı sentyabrın 20-də baş tutacaq.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0