Samir Zərgərov: Danışanda başqa klublar inciyir - MÜSAHİBƏ
13.09.2012 - 11:48
“İnter” klubunun futbolçusu Samir Zərgərovun apasport.az saytına müsahibəsi
- Komandanız millinin oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən yararlanıb, Gürcüstanda təlim-məşq toplanışı keçirdi. Başa çatan hazırlıqla bağlı nə deyə bilərsiniz?
- Bu toplanış xeyrimizə oldu. Yaxşı meydançalarda məşq etdik. Oyun praktikasını itirməmək məqsədilə 2 yoldaşlıq matçında gücümüzü sınadıq.
- Toplanış müddətində fiziki yükləmələrə üstünlük verilirdi, yoxsa taktiki çalışmalara?
- Gürcüstana əsasən yoldaşlıq görüşləri keçirmək üçün getmişdik. Ona görə də diqqəti taktiki yöndə çalışmalara yönəltmişdik. Təbii ki, fiziki çalışmalara da yer ayrılırdı. Bir sözlə, fasilədən maksimum yararlanmağa çalışdıq.
- Yoldaşlıq oyunlarında fərqli hesablar qeydə alındı. Sxinvali “Spartak”ını 4:0 hesabı ilə məğlub etsəniz də, Tbilisi “Dinamo”suna yenildiniz. Tbilisi təmsilçisi “İnter”dən çox güclü idi?
- Deməzdim ki, onlar bizdən üstün oyun nümayiş etdirdilər. Əksinə, topa nəzarət edən tərəf biz idik. Sadəcə, bu üstünlüyü hesaba daşıya bilmədik. Futbolun da öz qaydası var. Gərək yaratdığın imkanlardan maksimum istifadə edəsən. Sonra gec olur. Yoldaşlıq oyunu olduğuna görə, səhvlərimizdən nəticə çıxaracağıq ki, növbəti qarşılaşmalarda bunu təkrarlamayaq.
- Həftəsonu növbəti turun oyunları keçiriləcək. “İnter” “Sumqayıt”la oyuna nə dərəcədə hazırdır?
- Fasilə müddətində bizə yoldaşlıq oyunu keçirmək vacib idi. Gürcüstanda bu problemi yoluna qoyduq. Hər 2 qarşılaşmada yaxşı çıxış etdik. Premyer Liqanın oyunlarına hazır olduğumuzu deyə bilərəm. “Sumqayıt”la matçda ardıcıl ikinci qələbəni aktivimizə yazmağa çalışacağıq. Çünki xal itirsək, əsas rəqiblərimizdən uzaqlaşacağıq. Mövsümün əvvəlində isə buna yol vermək olmaz. Əksində, xal ehtiyatını maksimum dərəcədə artırmalıyıq.
- “Sumqayıt”ın son 2 oyunda 10 top buraxması “İnter”in cari mövsümdə ilk böyükhesablı qələbəsini qazanmaq istəyini artırırmı?
- Heç kim deyə bilməz ki, “Sumqayıt” zəif komandadır. Heyətində yaxşı, perspektivli gənclərlə yanaşı, təcrübəli futbolçular da yer alıb. İstəklidirlər. Düzdür, iki oyuna 10 top buraxıblar. Ancaq bu o demək deyil ki, bu bütün oyunlarda belə olacaq. Hər günün öz hökmü var. Bu baxımdan deyə bilmərəm ki, rəqibi 6 top fərqi ilə udacağıq. Futbolda hər cür nəticə qeydə alına bilər.
- “Turan”la oyun onu göstərdi ki, “İnter” iddiasız komandalarla oyunlara köklənməkdə çətinlik çəkir. Tovuzda üzləşdiyiniz situasiyanın “Sumqayıt”la oyunda təkrarlanacağından ehtiyatlanmırsınız?
- Bu haqda qətiyyən düşünmürük. “Turan”la oyunda həqiqətən çətin vəziyyətə düşmüşdük. Rəqib ciddi müqavimət göstərdi. Buna baxmayaraq, komanda olaraq xarakter nümayiş etdirdik və səfərdən 3 xalla döndük. Həmin oyunda buraxdığımız səhvləri bu dəfə təkrarlamayacağıq.
- Belə fikir formalaşıb ki, Kaxaber Sxadadze müdafiəçi olduğundan, “İnter”də müdafiənin daha güclü olmasına diqqət yetirir. Bu baxımdan da hücum xəttində axsamalara olur...
- Düzdür, komanda arxada qalan 4 oyunda 3 qol vurub. Bir top isə avtoqol sayəsində aktivimizə yazılıb. Düşünürəm ki, 4 oyuna 3 qol vurmağımız pis nəticə deyil.
- Yeri gəlmişkən, 4 tur arxada qalsa da, hələ rəsmi oyunlarda iştirak etməmisiniz. Halbuki əvvəlki illərdə əsas heyətdə yer alıb, buna görə də yığmanın toplanışlarına da dəvət edilirdiniz. Oynamamağının səbəbi nədir?
- Bunun səbəbini ancaq baş məşqçi izah edə bilər. Mən oynamağa hazıram. Zədəm yoxdur. Şansımı gözləyirəm.
- Yayda heyətə müdafiəyə meylli futbolçular dəvət edildi. Ola bilərmi, baş məşqçi onları daha güclü hesab edir və buna görə də sizə əsas heyətdə yer vermir?
- Bu da ola bilər. Yenə deyirəm, heyəti o qurur. Şans versə, özümü göstərəcəm.
- Hazırkı vəziyyətdə daha çox itirə-itirə gedirsiz..
- Yaxşı başa düşürəm ki, oynamamaq futbolçunun ziyanınadır.
- Hazırkı vəziyyətlə barışırsınız?
- Şansımı gözləyirəm. Başqa nə deyim?
- “İnter” çempionluğa oynayır. Digər rəqiblərin də gücünə bələdsiniz. Komandaların şanslarını necə dəyərləndirirsiniz?
- Bu haqda danışmaq tezdir. Son turlardan çox şey asılıdır. Ötən mövsüm ikinci pilləni belə tutmağa şansımız var idi. Mübarizə 6-7 komanda arasında gedəcək. Onlardan biri “İnter”dir. Digərlərini qeyd etmək istəmirəm. Çünki danışanda başqa klublar inciyir.
- Ev oyunlarını “Şəfa” stadionunda keçirməməyin oyununuza təsiri olurmu?
- Əlbəttə, təsiri var. Hazırda rəqiblərimizi “AZAL Arena”da qəbul edirik. Özümüzü həmin meydanda qonaq kimi hiss edirik. Sanki rəqib meydanında oynayırıq. Halbuki neçə ildir “İnter” “Şəfa”da çıxış etdiyindən, adıçəkilən məkana öyrəşmişdi.

0
0