“Xəzər Lənkəran” “Neftçi”ni Serbiyaya necə göndərəcək?
13.09.2012 - 12:50
Sabah Premyer Liqada V tura start veriləcək. Apasport.az saytının məlumatına görə, millilərin oyunları ilə əlaqədar yaranan fasilədən sonra klublar ilk oyunlarına çıxacaqlar. 18 gündən sonra davam etdirilən Premyer Liqanın bu dəfəki turu 3 gün ərzində keçiriləcək.
“Bakı” – “Turan” matçı ilə start götürəcək turun 4 oyunu sentyabrın 15-nə planlaşdırılıb. Paytaxtın eyniadlı təmsilçisi kimi “İnter”i də bu tur asan sınaq gözləyir. “Bankirlər” “Sumqayıt”ı qonaq edəcək.
“Qəbələ” ardıcıl 4 məğlubiyyət alan “Kəpəz”lə səfərdə qarşılaşsa da, görüşün favoriti sayılır. “Rəvan”la “Simurq” arasındakı matçda isə təxminən bərabər səviyyəli rəqiblər üz-üzə gələcək. Bu matç Bəhmən Həsənovun “Rəvan”a növbəti qayıdışından sonrakı ilk matç olacaq.
Turun mərkəzi oyunu isə Premyer Liqanın bəzəyi olan “Neftçi” – “Xəzər Lənkəran” matçıdır. “Böyük oyun” kimi tanınan duelin 26-cı səhnəsi Bakıda baş tutacaq. Əslində, ayın 16-da baş tutmalı olan qarşılaşma “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki çıxışı üzündən 1 gün tez keçiriləcək. Bu oyunla da Lənkəran təmsilçisi “ağ-qaralar”ı qrupdakı ilk matçına – “Partizan”la Serbiyadakı qarşılaşmaya yola salacaq.
V tura liderlərin görüşü ilə yekun vurulacaq. Turnir cədvəlinin ilk 2 pilləsində yer alan AZAL və “Qarabağ” münasibətlərini ayırd edəcək. Bu görüşün də stadionu dəyişdirilib. Belə ki, bu matçda “Qarabağ” ev sahibi olmalı idi. Lakin bu matça meydan sahibi kimi bakılılar çıxacaq.
Azərbaycan Premyer Liqası
V tur
14 sentyabr (cümə)
20:00. “Bakı” – “Turan”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
15 sentyabr (şənbə)
17:00. “Kəpəz” - “Qəbələ”
Gəncə şəhər stadionu
17:00. “Neftçi” – “Xəzər Lənkəran”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
19:00. “İnter” – “Sumqayıt”
“Şəfa” stadionu
19:00. “Rəvan” – “Simurq”
Bayıl Arena stadionu
16 sentyabr (bazar)
18:30. AZAL – “Qarabağ”
AZAL Arena stadionu

| komandalar | o | q | h | m | t | x | |
1 | Qarabağ | 4 | 2 | 2 | 0 | 8-2 | 8 |
2 | AZAL | 3 | 2 | 1 | 0 | 7-3 | 7 |
3 | Qəbələ | 4 | 2 | 1 | 1 | 6-5 | 7 |
4 | Xəzər L | 3 | 1 | 2 | 0 | 5-1 | 5 |
5 | Simurq | 3 | 1 | 2 | 1 | 4-1 | 5 |
6 | Bakı | 3 | 1 | 2 | 0 | 4-2 | 5 |
7 | İnter | 4 | 1 | 2 | 1 | 4-4 | 5 |
8 | Sumqayıt | 4 | 1 | 1 | 2 | 5-12 | 4 |
9 | Neftçi | 2 | 1 | 0 | 1 | 3-1 | 3 |
10 | Rəvan | 4 | 0 | 3 | 1 | 3-5 | 3 |
11 | Turan | 4 | 1 | 0 | 3 | 4-8 | 3 |
12 | Kəpəz | 4 | 0 | 0 | 4 | 2-11 | 0 |
0
0