Berti Foqts: yığma tarixində 2-ci
13.09.2012 - 14:11
Almaniya milli komandasının ən yaxşı baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, alman həmkarlarımız Bundestim tarixinin bütün çalışdırıcılarının göstəricilərini müqayisə edib.
Hazırda Azərbaycan yığmasını çalışdıran Berti Foqts Almaniya tarixinin 2-ci milli çalışdırıcısı olub. Yetirmələri hər oyunda orta hesabla 2,18 xal toplayan mütəxəssis yalnız Yoahim Lövdən geri qalır. Əvəzində baş məşqçimiz Frans Bekkenbauer, Yurgen Klinsmann və digər əfsanələri arxada qoyub.
Son 4 ildən yığmamızın Almaniya ilə keçirdiyi 4 qarşılaşma Foqtsla Lövün dueli olmuşdu. Həmin 4 qarşılaşmada qalib gələn Lövün zirvədə qərarlaşmasında məhz bunun da rolu olub. Əgər Foqts bu matçların birində qələbəyə sevinsəydi indiki siyahıda zirvədə olacaqdı.

1 | Yoahim Löv | 86 | 59 | 13 | 14 | 208:78 | 2,21 |
2 | Berti Foqts | 102 | 66 | 24 | 12 | 206:86 | 2,18 |
3 | Yupp Derval | 67 | 44 | 12 | 11 | 144:60 | 2,15 |
4 | Helmut Şön | 139 | 87 | 31 | 21 | 292:107 | 2,10 |
5 | Yurgen Klinsmann | 34 | 20 | 8 | 6 | 81:43 | 2,00 |
6 | OttoNorka | 70 | 42 | 10 | 18 | 192:113 | 1,94 |
7 | Rudi Föller | 53 | 30 | 10 | 13 | 109:57 | 1,89 |
8 | Zepp Herberger | 167 | 94 | 27 | 46 | 435:250 | 1,85 |
9 | Frans Bekkenbauer | 66 | 34 | 20 | 12 | 107:61 | 1,85 |
10 | Erix Ribbek | 24 | 10 | 6 | 8 | 42:31 | 1,50 |
0
0