Terimlə 8 illik müqavilə
13.09.2012 - 17:06
“Qalatasaray”ının rəhbərliyi baş məşqçi Fatih Terimi daha 8 il klubda saxlamaq niyyətindədir. Lent.az-ın məlumatına görə, bu barədə klubun İdarə Heyətinin iclasında qərar qəbul olunub.
Lakin ona yeni vəzifə veriləcək. “Cim-Bom”un təşkilatlanma layihəsində Terim “Futbol strategiyasının tətbiqi və sərmayələrin müəyyənləşdirilməsi” şöbəsinin rəhbəri kimi nəzərdə tutulub.
Ötən mövsüm komandaya çempionluq qazandırmış 59 yaşlı mütəxəssislə bu barədə danışıqlar da olub. Layihə həyata keçsə, Terim üst-üstə 10 il komandanın sükanı arxasında qalacaq.
Qeyd edək ki, Fatih Terim əvvəllər 1996 – 2000 və 2002 – 2004-cü illərdə də “Qalatasaray”ın baş məşqçisi olub.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0