Daha bir əfsanə yığmaya qayıdır
13.09.2012 - 17:38
Əfsanəvi qapıçı Oliver Kan yenidən futbol meydanına qayıdır. Apasport.az saytının məlumatına görə, Almaniya milli komandasının sabiq qapıçısı yenidən yığmanın şərəfini qorumaq niyyətindədir.
Qolkiper 2016-cı ildə keçiriləcək Paralimpiadaya qatılmaq arzusuna düşüb. Futbol veteranı bu həvəsə Yens Lemannın eyni istəkdə olması salıb. Belə ki, vaxtilə əvəzedici olan Lemannın Paralimpiada arzusu Kanı da ora qatılmağa sövq edib.
Onların yarışda iştirakına qaydalar da imkan verir. Belə ki, Paralimpiadanın futbol turnirində görmə qabiliyyətində qüsur olanlar çıxış edə bilər. Lakin sağlam insanlar da gözlərini xüsusi qara sarğı bağlayıb Paralimpiadaad futbol oynaya bilər. Elə Kanla Lemann da bundan yararlanacaq.
Almaniya Əlillər İdmanı Assosiasiyasının prezidenti Fridhelm Boyhel də qapıçıları xidmətindən yararlanmağın tərəfdarıdır. O, bildirib ki, məsələyə yaxın günlərdə baxılacaq.

0
0