Ürfan Abbasov: Səfər sindromuna son qoymalıyıq - MÜSAHİBƏ
13.09.2012 - 23:01
“Qəbələ” klubunun müdafiəçisi Ürfan Abbasovun apasport.az saytına müsahibəsi
- Komandada vəziyyət necədir?
- Şükürlər olsun ki, hələ problemim yoxdur. Baş məşqçi etimad göstərir, əsas heyətdə şans verir. Biz də çalışırıq ki, bunu öz oyunumuzla doğruldaq.
- “Qəbələ”nin arxada qalan 4 turdakı çıxışını necə dəyərləndirirsiniz?
- 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətimiz var. “Neftçi” ilə oyunu çıxsaq, işlər qaydasında davam edir. Baş məşqçimizin dediyi kimi, Bakıdakı oyun bizim üçün dərs oldu.
- Fasilədən necə yararlandınız?
- U-21-in düşərgəsində olduğum üçün komandaya İngiltərə ilə oyundan sonra qoşuldum. Əsasən taktiki planda çalışdıq. Topla məşqlər üstünlük təşkil edirdi. Oyun praktikası baxımından boşluq yaranmasın deyə, əvəzedicilərlə yoldaşlıq matçı da keçirdik.
- Əvəzedicilərlə qarşılaşmaqla bu boşluğu nə dərəcədə doldurmaq mümkündür?
- Bu, baş məşqçinin qərarıdır. Həmin oyunda mən iştirak etməmişəm. Çünki yığmanın düşərgəsində idim.
- Qarşıdan “Kəpəz”lə oyun gəlir. Hazırda autsayder olan rəqiblə dueldən nə gözləyirsiz?
- “Kəpəz”in xalı olmasa da, bizə qarşı ciddi müqavimət göstərəcəklərini düşünürəm. Həm də komandada baş məşqçi dəyişikliyi baş verib. Onlar öz yerlərində uduzmamağa çalışacaqlar. Təbii ki, biz də səfərə 3 xal qazanmaq üçün yollanacağıq.
- Amma indiyədək “Kəpəz”i səfərdə məğlub edə bilməmisiz...
- Ötən il Gəncədə 2:3 hesabı ilə yenildik. Həmin oyunda komandamızda qırmızı vərəqə alan da var idi. Bu dəfə fərqli olacaq. Qarşımıza yüksək hədəflər qoyulub. Buna çatmaq üçün mütləq qələbə qazanmalı, səfər sindromuna da son qoymalıyıq.
- Yayda baş məşqçi müdafiəni gücləndirmək üçün transferlər həyata keçirdi. Bu əsas heyətdəki yerinizə təsir göstərməyib?
- Xeyr, əsas heyətdə bir nəfər mütləq 1992-ci il təvəllüdlü futbolçu yer almalıdır ki, baş məşqçi də mənə şans verir. Təəssüf ki, mövsümə yaxşı başlamadım. “Simurq”la Zaqatalada keçirilən oyunda qırmızı vərəqə aldım.
- Yeni transferlərdən nəsə öyrənə bilirsiz?
- Həqiqətən də həm Dejan Kelhar, həm də Umar Kalabane çox güclü müdafiəçilərdir. Xüsusilə, hava mübarizələri zamanı daha yaxşı oynayırlar. “İkinci mərtəbə”də artırmaq baxımından onlardan çox şey öyrənə bilərəm.
- Komandanın qarşısına avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulub. “Qəbələ”ni buna hazır saymaq olarmı?
- Bəli, tapşırıq belədir. Komanda bu il minimum qitəmiqyaslı yarışlara vəsiqə qazanmalıdır. Ancaq biz çempion olmaq üçün mübarizə aparacağıq. Heyət baxımından da komandamız kifayət qədər güclüdür.
- Bir qədər də U-21 haqda danışaq. Son matçda İngiltərə ilə qarşılaşdız. Həmin oyunda niyə qələbə qazana bilmədik?
- Rəqibin kimliyindən asılı olmayaraq, heç bir komanda meydana məğlub olmaq üçün çıxmır. Düzdür, İngiltərə millisi çox güclüdür. Əlimizdən gələni etdik ki, qrupun son oyununda yaxşı nəticə qazanaq. Ancaq komandalar arasındakı fərq özünü göstərdi və qonaqlar qələbə qazandı. Onların qarşısını almaq çox çətindir.
- İngiltərə yığması yenilməyəcək dərəcədə güclü idi?
- Rəqibin güclü olduğunu heç kim dana bilməz. Bununla belə, oyunun gedişində bizim də şanslarımız oldu. Çox təəssüf ki, yenə istifadə edə bilmədik. Həmin epizodları qol çevirə bilsəydik, bəlkə də fərqli nəticə ilə meydanı tərk edəcəkdik. Onlar standart vəziyyətlər zamanı çox yaxşı təsir bağışladılar. Demək olar, qolları da bu cür epizodlar zamanı vurdular.
- Bu, seçmə mərhələdə sonuncu oyunumuz idi. U-21 qrup oyunlarını 7 xalla dördüncü pillədə başa vurdu. Bu göstəricini normal saymaq olarmı?
- Bizə görə, pis nəticə deyil. Düzdür, bundan artıq da xal toplaya, bir pillə üstü sırada yer ala bilərdik. Ancaq indiki halda bununla kifayətlənmək olar.
- Hazırkı U-21-in heyətində yer alan futbolçuların əksəriyyəti 1992-ci il təvəllüdlü futbolçulardır. Növbəti mərhələdə də onlar çıxış edə biləcəklər. Bunu nəzərə alsaq, başa çatan mərhələni təcrübə toplamaq baxımından xeyrimizə saymaq olarmı?
- Bu mənim U-21-in heyətində ilk rəsmi oyunum idi. Debütüm İngiltərə kimi güclü komandaya qarşı oldu. Düşünürəm ki, növbəti seçmə mərhələdə daha yaxşı çıxış edə biləcəyik. Çünki hazırkı heyətdə yer alan oyunçuların əksəriyyəti U-21-dəki çıxışını davam etdirəcək. Daha yaxşısını reallaşdıra biləcəyimizi düşünürəm.

0
0